Parisdə, “L’Entrepot” kinoteatrında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin təşkilatçılığı ilə “Europe by Europe Film Festivalı”nın 10 illiyi çərçivəsində Azərbaycan kinosuna həsr olunan gecə keçirilib.
Gecədə dörd qısametrajlı film nümayiş olunub. Tomas Qoltzun “Ofsayd”, Teymur Hacıyevin “Yara”, Sergey Pikalovun “Sonuncu”, Elmar İmanov və Engin Kundağın “Torn” filmləri parisli kinosevərlər tərəfindən maraqla qarşılanıb.
Festivalın direktoru İrena Biliç artıq dörd il ərzində ardıcıl olaraq Azərbaycan filmlərinin təqdimatını keçirməkdən məmnunluğunu bildirib: “Bu əməkdaşlıq bizə Azərbaycanı kinematoqrafiya vasitəsilə kəşf etməyə imkan yaradır. Bu dövr ərzində Azərbaycanın kino sənayesinin dirçəlişinin şahidi oldum və burada yeni yaranan sənətkarlar nəslinin yaradıcılığını misal kimi göstərmək istərdim”.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar