“Artım” layihə məkanında yay düşərgəsi çərçivəsində “Le Corbusier – Memarlıq” adlı ustad dərsləri keçirilir. Dərslər memar Fəridə Rüstəmova tərəfindən keçirilir.
Avqustun 30-da başa çatacaq proqramda praktik məşğələlər, kino sahəsində naturaların təhlili, həmçinin yeni məkanların yaradılması da yer alıb.
Ustad dərslərinin sonunda iştirakçılar hazırladıqları miniatür pavilyonlarında çəkdikləri qısametrajlı filmləri nümayiş etdirəcəklər.