Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında 181 nömrəli tam orta məktəbin şagirdləri ilə “Yay tətilində nə oxuyaq” adlı layihə ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə müəllimlərin yay tapşırığı ilə əlaqədar verdiyi bədii əsərlər uşaqlar tərəfindən maraqla təhlil olunub. Uşaqlar yay boyu oxuduqlarını müzakirə edərək kitabxanada maraqlı bir gün keçiriblər.