Ötən əsrin 60-cı illərindən pop, soul və caz müğənnisi kimi məşhurlaşan Nensi Hollouey avqustun 29-da 86 yaşında Parisdə vəfat edib.

Müğənni sağlamlığında problemlər yaşadığına görə 2008-ci ildə səhnəni tərk etmişdi.

1932-ci ildə ABŞ-ın Klivlent şəhərində anadan olan Nensi orada rəqqasə kimi tanınıb. 1960-cı ildə o, Parisə köçərək musiqi karyerasını qurmağa başlayıb. Müğənni ən çox “Mars Club”da caz ifa etməklə məşğul olub.

Onun ən çox populyarlıq qazanan mahnısı “T’en va pas comme a” (1963) olub. 1963-1982-ci illərdə N.Hollouey beş albom yazdırıb və doqquz filmdə çəkilib. İfaçının son qastrol səfərləri 2006-2007-ci illərdə baş tutub.