Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Altena şəhərciyində yerləşən Müqəddəs Pavel katolik kilsəsi, habelə başqa iki bina və 30 kvadratmetr torpaq sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.

1925-ci ildə inşa edilmiş bu kilsənin məxsus olduğu icma 2005-ci ildən mövcud deyil. O vaxtdan kilsə fəaliyyətini dayandırıb.

Hərrac sentyabr ayında Kölndə keçiriləcək. Kilsəyə 99 min avro ilkin qiymət qoyulub.

Hərracın şərtlərinə görə, tikilinin yeni sahiblərinin burada kazino və ya digər əyləncə obyekti açmaq hüququ olmayacaq.