25-26 aprel tarixində “Tourfilm - Riqa 2015” beynəlxalq turizm filmləri festivalı keçiriləcək. Bu il 8-ci dəfə təşkil olunan festivalda Azərbaycanı iki ekran əsəri təmsil edəcək. “Lahıc” (rejissor Tofiq Şahverdiyev) filmi “Mədəni turizm” və “Ekoturizm” nominasiyalarında, “Vulkanın nəfəsi” (rejissor Adil Azay) filmi isə “Ekoturizm” nominasiyasında yarışacaq. Hər iki film dövlət sifarişi ilə “Azanfilm” studiyasında istehsal edilib.
Həmçinin festivalın “Reklam filmləri” nominasiyasında “Rixos Quba” reklam çarxı nümayiş etdiriləcək. Festivalın proqramında ümumilikdə beş nominasiya üzrə 200-dək film yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar