Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Nabat” bədii filmi aprelin 24-dən mayın 2-dək Tehranda keçiriləcək 33-cü Fəcr beynəlxalq festivalında nümayiş olunacaq. Rejissor Elçin Musaoğlunun filmi 300-dən artıq ekran əsərinin göndərildiyi festivalın “East Panorama” müsabiqə proqramında yer alıb.
Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqa aktyorlar çəkiliblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar