Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə oktyabrın 11-də türkoloq alim Məhəbbət Mirzəliyevanın 70 illik yubileyinə həsr olunan “Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

AMEA-dan bildirilib ki, konfransda “Müasir Azərbaycan dilinin tədqiqi məsələləri”, “Türk filologiyasının aktual problemləri”, “Ümumi və nəzəri dilçilik məsələləri”, “Ortaq türkcə: əlifba, imla, termin” və s. bölmələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

***

Oktyabrın 24-də isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfrans dahi dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 137 illiyinə həsr edilib. İştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.