Sentyabrın 13-də “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı paytaxtın Suraxanı rayonunda – Qaraçuxur qəsəbəsindəki  Q.Abbasov adına Mədəniyyət Sarayında təqdim olunacaq.

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə gerçəkləşəcək tədbir 18 sentyabr - Milli Musiqi Gününə həsr olunacaq.

Muğam dolu gecədə gənc xanəndələrin ifasında muğam dəstgahları, təsnif və xalq mahnıları səsləndiriləcək. Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək.