Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Axınla aşağı” bədii filmi 30 aprel - 7 may tarixində ABŞ-ın Los Anceles şəhərində keçiriləcək “SEEfest” kinofestivalında nümayiş etdiriləcək.
Amerika Kino Akademiyasının dəstəyi ilə keçirilən festival Cənubi və Şərqi Avropa ölkələrinin filmlərinin ABŞ-da tanıdılmasına xidmət edir. Festivalın proqramlarında ümumilikdə 23 ölkədən filmlər yer alıb.
Qeyd edək ki, “Axınla aşağı” filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar