Dünyada ingilis dilində nəşr olunan ədəbiyyat üzrə ən nüfuzlu mükafat sayılan Buker mükafatının 2019-cu il üçün qısa siyahısı ictimaiyyətə təqdim olunub.

Türk yazıçı Elif Şafak da mükafatın qısa siyahısında yer alıb. O, siyahıya “Bu qəribə dünyada 10 dəqiqə 38 saniyə” romanı ilə düşüb.

Bundan başqa, müəlliflər arasında Salman Rüşdü, Marqaret Etvud, Lyusi Ellman, Bernardin Evaristo, Çiqozi Obioma kimi yazıçılar var.

Buker mükafatı laureatlarının adı oktyabrın 14-də açıqlanacaq. Mükafatlandırma mərasimi Londonun Qildxoll Mərkəzində keçiriləcək. Qalib 50 min funt-sterlinq mükafat alacaq.

2018-ci ildə Buker mükafatına ingiltərəli yazıçı Anna Berns layiq görülüb. Mükafat yazıçıya onun “Milkman” romanına görə verilib. Əsərdə 1970-ci illərdə Şimali İrlandiyada yaşayan qızın mənəvi dilemmalarından bəhs olunur.