Qısametrajlı ekran əsərlərinin premyerası

Mayın 8-də Nizami Kino Mərkəzində gənc rejissorlar Amil Məmiyevin "Qara bağ" və Ayşad Səfərəliyevin "İnikas" qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş filmlər Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu olan iki gəncin diplom işləridir.
"Qara bağ" filmində Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı hadisələr, Qarabağ həsrəti metaforik simvollarla əksini tapıb. Filmin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
"İnikas" bədii filmi SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar