70 milyondan çox albomu satılan İspaniyanın dünyaca məşhur müğənnisi Kamilo Sesto 72 yaşında dünyasını dəyişib.

Bu barədə sənətçinin sosial media hesabında açıqlama verilib. Müğənni Madriddə müalicə olunduğu xəstəxanada ürəktutmasından vəfat edib.

Qeyd edək ki, 1960-cı ildən tanınmağa başlayan Kamilo Sesto 1971-ci ildə işıq üzü görən ilk albomu ilə məşhurlaşıb. Sesto ingilis, alman, yapon və digər dillərdə də mahnı ifa edib.