Müasir Amerika kinematoqrafı tarixində ən uğursuz film “status”u 2012-ci ildə “Disney” studiyasında macəra janrında çəkilən “Con Karter” filminə verilib.

“The Hollywood Reporter”in məlumatında qeyd olunur ki, marketinq xərcləri nəzərə alınmaqla, 363,7 milyon dollar büdcəsi olan bu film prokatda cəmi 284 milyon dollar toplayıb. Yekun maliyyə itkiləri 136,6 milyon dollara bərabər olub. Filmin yaradıcıları müxtəlif maliyyə prosedurları sayəsində ziyanı bir qədər azalda biliblər.