Növbəti görüşdə rejissor Mahir Dərvişin qısametrajlı filmi təqdim olundu

“Aydınlığa doğru” İctimai Birliyinin “Ziyalı ünsiyyəti” silsiləsindən keçirdiyi növbəti görüş rejissor Mahir Dərvişin “Cəhd” adlı qısametrajlı bədii filminin təqdimatına həsr olunmuşdu.

1994-cü ildə Azərbaycan Televiziyasında rejissor kimi işə başlayan Mahir Dərviş tanınmış jurnalistlərlə birlikdə maraqlı televiziya proqramları hazırlamış, televiziyanın arxivində yer alan müxtəlif mövzuda sənədli və musiqili filmlərin müəllifi olmuşdur. “Cəhd” qısametrajlı filmi bədii ekran yaradıcılığında rejissorun ilk işidir. Qeyd edək ki, sürreal janrda olan 24 dəqiqəlik film azərbaycanlı gəncin, yeniyetmənin hidayət hekayəsindən bəhs edir. Filmdə vətənpərvərlik, intizar fəlsəfəsi, Kərbəla şəhadətinin mahiyyəti əsas süjet xətlərindəndir.
Tədbiri “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli açaraq Mahir Dərvişi Azərbaycan Televiziyasında çalışdığı illərdən tanıdığını bildirdi, onun saf qəlbli, işini qüsursuz görməyə çalışan peşəkarlardan olduğunu söylədi və rejissor haqqında hazırlanmış slaydı qonaqların diqqətinə təqdim etdi.
Sonra Mahir Dərviş film üzərində iş, ekran əsərinin məramı barədə danışdı: “Allah hər kəsə bir ömür verib və hamını müəyyən qabiliyyətlərlə mükafatlandırıb. Mən də payıma düşənlə bacardığımı etməyə çalışıram. Önəmli olan rəng deyil, önəmli olan rəngin arxasındakı mahiyyətdir. Çalışdım ki, iyirmi dörd dəqiqə ərzində insanları düşündürüm”. Rejissor filmin çəkilişində ona kömək edən sənət dostlarına təşəkkür etdi.
Filmin nümayişindən sonra söz alan fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nadirzadə, Əməkdar jurnalist Telli Pənahqızı, 2006-cı ildə ilk dəfə M.Dərvişin rejissorluğu ilə efirə çıxan və indiyədək maraqla izlənilən “Məclisi-üns” proqramının redaktoru Yaqub Əliyev, filologiya elmləri doktoru Mənzər Ağayeva, telejurnalist Minarə Xəlilova çıxış edərək ekran əsərindən təsirləndiklərini vurğuladılar, rejissoru təbrik etdilər. Tədbirdə filmdə rol almış aktyorlar Vüsalə Məmmədova və Namiq Ağayev, tələbələr, ictimaiyyət nümayəndələri iştirak edirdi. Görüşün sonunda xatirə şəkli çəkdirildi və söhbət səmimi çay süfrəsi arxasında davam etdi.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar