Sentyabrın 23-dən 28-dək Qırğızıstanın Oş şəhərində keçiriləcək VII Beynəlxalq “Art – Ordo 2019” Teatr Festivalı çərçivəsində TÜRKSOY-a üzv ölkələrin Teatr direktorları şurasının növbəti dönəm toplantısı təşkil olunacaq.
Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev təmsil edəcək.
Toplantıda türkdilli dövlətlərin teatrları arasında yaradıcılıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq.