F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Gəlin, birgə oxuyaq” adlı buktreyler müsabiqəsi və “Mən, yay, kitablar – ən yaxın dostlar” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Kitabxanadan bildirilib ki, müsabiqələrin məqsədi kitab və mütaliəyə olan marağı artırmaq və istedadlı uşaqları üzə çıxarmaqdır.
Tədbirdə uşaqların oxuduqları kitablar əsasında çəkdikləri rəsm əsərləri, kitablar sərgilənib və buktreyler müsabiqəsi üçün göndərilən videoçarx təqdim olunub. Valideynlər çıxışlarında belə tədbirlərin uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir göstərdiyini, həmçinin kitabxanalara marağın artmasında böyük rol oynadığını bildiriblər.
Sonda qaliblərə hədiyyələr təqdim olunub.