Məlum olduğu kimi, Qırğızıstanın Oş şəhəri bu il TÜRKSOY-un layihəsi üzrə “Türk dünyasının mədəniyyət paytaxtı”dır.
Bununla bağlı Oş şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı 2019” abidəsi ucaldılacaq. Abidə postament üzərində dəyirmi formada olacaq və burada türkdilli dövlətlərin, o cümlədən Azərbaycanın bayraqları əks ediləcək.
Abidə Oş şəhərindəki “Barsbek Kaqan” abidəsinin yaxınlığında qurulacaq.