Azərbaycan
25 sentyabr 1890 – Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.
25 sentyabr 1913 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Nüsrət Möhsün oğlu Fətullayev (1913 – 1.10.1987) Lənkəran rayonunda doğulub. Akademik Dram Teatrının baş rəssamı olub.
26 sentyabr 1906 – Opera müğənnisi, Əməkdar artist Xanlar Məmməd oğlu Haqverdiyev (1906-1980) Ağdam rayonunun Seyidli kəndində doğulub.
26 sentyabr 1961 – Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897 - 1961) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.
27 sentyabr 1931 – Əməkdar incəsənət xadimi, musiqişünas, professor Bilqeyis Mir Əbdülqəni qızı Qarayeva-Məmmədova (1931 – 3.7.2010) anadan olub.
28 sentyabr 1978 – Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908 – 1978) vəfat edib. “Bir gəncin manifesti”, “Dirilən adam” və s. romanların, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir.
29 sentyabr 1833 – Şair, rəssam, xəttat, musiqişünas Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. “Təzkireyi-Nəvvab” toplusunda Qarabağ şairləri haqqında məlumatlar toplanıb. Şuşada “Məclisi-fəramuşan” ədəbi məclisini təşkil edib.
Dünya
25 sentyabr 1897 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1949) Vilyam Folkner (William Cuthbert Faulkner; 1897-1962) anadan olub.
25 sentyabr 1906 – Rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 - 9.8.1975) anadan olub.
26 sentyabr 1888 – Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Eliot (Thomas Stearns Eliot; 1888-1965) anadan olub.
27 sentyabr 1871 – İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (1871-1936) anadan olub.
28 sentyabr 1573 – İtalyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 1573 - 18.7.1610) anadan olub.
29 sentyabr 1547 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra; 1547 – 23.4.1616) anadan olub.
29 sentyabr 1904 – Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904-1936) anadan olub.
Hazırladı: Vüqar ORXAN