Sentyabrın 22-də Los-Ancelesdə ABŞ Televiziya Akademiyasının “Emmy 2019” mükafatlarının təqdimat mərasimi keçirilib. Sayca 71-ci “Emmi” mükafatları  qaliblərə Maykrosoft Teatrında təqdim olunub.

“Ən yaxşı dramatik teleserial” mükafatını bu il səkkizinci və son mövsümü başa çatmış “Taxt-tac oyunları” alıb. Dramatik seriallarda ən yaxşı aktyorlar isə Cudi Komer və Billi Porter hesab olunublar. Serialdakı performansı ilə Piter Dinkleyc dördüncü dəfə “Ən yaxşı köməkçi aktyor” mükafatını alıb. 32 nominasiya üzrə namizəd olan “Taxt-tac oyunları” ümumilikdə 14 mükafata layiq görülüb.

“Ən yaxşı mini serial” nominasiyasının qalibi isə HBO yayım şirkətinin istehsalı olan “Çernobıl” filmi olub. Bu ekran əsəri mini serialların ən yaxşı rejissoru və ssenarisi üzrə mükafatlara da layiq görülüb. Mini seriallarda ən yaxşı aktyorlar isə Carel Cerom və Mişel Vilyams hesab ediliblər.

Ən yaxşı komediya serialı nominasiyasının qalibi “Yaramaz” filmi olub. Komediya seriallarında ən yaxşı aktyorlar isə Fibi-Voller-Bric və Bill Heyder seçiliblər.

SƏBİNƏ