Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan “Opera günləri” Şimali Kiprin Girnə şəhərində və İstanbulda keçiriləcək.
TÜRKSOY-un katibliyindən verilən məlumata görə, “Opera günləri”nin açılış mərasimi sentyabrın 25-də Girnə şəhərində olacaq. Tədbir TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Şimali Kipr Türk Cümhuriyyəti Milli Təhsil və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Sentyabrın 28-dək davam edəcək TÜRKSOY-un 22-ci “Opera günləri”nə 9 ölkədən 10 solist və üç pianoçu qatılıb.