Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" studiyası Polşanın "Kaleydoskop" kinostudiyası ilə birlikdə görkəmli hərbi xadim Vəli bəy Yadigarov haqda "Polkovnik" adlı sənədli film çəkir. Vəli bəy Yadigarov çar Rusiyası ordusunun tərkibində I Dünya müharibəsində iştirak edib, sonra Azərbaycan Xalq Cümhuriyyəti ordusunda eskadron komandiri olub. 1920-ci ildə bolşevik Rusiyasının XI Ordusu Bakıya daxil olanda Vəli bəy Yadigarov üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilib. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşub və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə gedib. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.
Ekran əsərinin rejissorları Tahir Əliyev və Leji Lyubax (Polşa), ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Nazim Hüseynovdur. Sənədli filmin Polşa və Gürcüstanda aparılan çəkilişləri artıq yekunlaşıb, Azərbaycan çəkilişlərinin isə iyun-iyul aylarında tamamlanması nəzərdə tutulur. Filmin çəkilişlərində polşalı kinematoqraflar da iştirak edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar