İyunun 12-dən 28-dək Nizami Kino Mərkəzinin qapıları “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı paytaxta gələn qonaqlar üçün açıq olacaq. Mərkəzdən bildirilib ki, artıq repertuara xarici dilə tərcümə olunmuş tammetrajlı milli bədii filmlər və idman mövzusunda qısametrajlı sənədli filmlər daxil edilib.
Milli bədii kinolentlər sırasında olan “Nabat”, “Çölçü”, “Girov”, “Ovsunçu” , “Aktrisa”, “ İlahi məxluq” , “Hökmdarın taleyi”, “40-cı qapı”, “Axınla aşağı”, “Dərvişin qeydləri”, “Qafqaza qayıdış”, “Sahə”, “Niyyət”, “Buta”, sənədli və qısametrajlı filmlər sırasında “Keçmişə qaçış”, “Səhra boksçusu” ,“London səhnələri”, “Səssiz idman”, “Zirvədə həyat”, “Oyundankənar”, “Qalib”, “Oyun sevgisi”, “Slec xokkey”, “Valeri Brumel”, “Təşəkkür edirəm, doktor”, “Top həm düşər, həm qalxar”, “Həmişə analar günündə”, “Çövkən”, “Rəqs et” filmləri ingilis dilində subtitrlərlə təqdim ediləcək.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənmək mümkündür.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar