Avropada təhsilin daha yaxşı hesab edildiyi Finlandiyada şagirdlər dərs ili ərzində məktəbdə 808 saat vaxt keçirirlər.

İspaniya məktəbliləri isə dərs ili boyu digər ölkələrdən olan həmyaşıdlarından daha çox – 1052 saat oxuyurlar. Qeyd edək ki, Avropa İttifaqı üzrə bu sahədə orta göstərici 892 saat təşkil edir.

Buna baxmayaraq, finlandiyalı şagirdlər illərdir ki, PİSA-nın – məktəblilərin biliklərinin dəyərləndirilməsi üzrə beynəlxalq proqramın testlərinin nəticələrinə görə birinci yeri tuturlar.