"Azanfilm" studiyasında istehsal olunan "Lahıc" sənədli filmi Polşanın paytaxtı Varşavada keçirilmiş X FilmAT - Film, Sənət və Turizm Festivalında mükafata layiq görülüb. Festivalda dünyanın müxtəlif ölkələrindən 160 film iştirak edib.
“Oskar” laureatı Zbiqnev Zmudskinin başçılığı ilə kino, media və turizm sahəsində tanınmış şəxslərin yer aldığı münsiflər heyətinin qərarına əsasən, "Azanfilm"in ekran əsəri festivalın “Ən yaxşı sənədli film" mükafatı ilə təltif olunub.
“Art" nominasiyasında mükafatı Avstriya, “Turizm" nominasiyasında İsveç, “Ekologiya" nominasiyasında isə Çexiya filmi qazanıb.
Qeyd edək ki, 2014-cü ildə istehsal olunan 23 dəqiqəlik "Lahıc" sənədli filminin ssenari müəllifi və rejissoru Rusiyanın Əməkdar incəsənət xadimi Tofiq Şahverdiyevdir. Çəkilişləri İsmayıllı rayonunun Lahıc qəsəbəsində aparılan filmdə bu qəsəbənin qədim tarixi fonunda yerli əhalinin gündəlik yaşayış tərzi, sənətkarların gərgin və qiymətli əməyi, qəsəbənin turistlər tərəfindən heyranlıqla ziyarət olunması lentə alınıb. Filmin montaj rejissoru Xanlar Ağayev, səs rejissoru Rasim Mehdiyev, icraçı prodüserləri Məhəmməd Ağabəyov və Niyazi Hüseynov, prodüseri Fariz Əhmədovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar