Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə bu qurumun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Elçin Musaoğlunun “Nabat” bədii filminin nümayişi olub.
Tədbirin keçirilməsində məqsəd gənclərə milli kinematoqrafiya və yerli filmlərdə əks olunan tarixi və sosial mövzuların təbliği və onların mədəniyyətin bu sahəsinə olan maraqlarının artırılmasıdır.
Tədbirdə, həmçinin rəssam Səyyar Əliyevin rəsm əsərlərinin sərgisi açılıb. Sərgidə rəssamın 20-dək əsəri nümayiş edilib.
Aksiyanın sentyabr ayına qədər davam etdirilməsi nəzərdə tutulur. Aksiya çərçivəsində “ASAN xidmət”in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı da əldə edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar