Azərbaycan

9 oktyabr 1971 – Bakıda Abbas Mirzə Şərifzadə adına Aktyor evi açılıb.

 

10 oktyabr 1907 – Şair, ədəbiyyatşünas Hümmət Əli oğlu Əlizadə (1907-1941) anadan olub.

10 oktyabr 1911 – Ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911-1993) Naxçıvan MR Şərur rayonunda anadan olub.

10 oktyabr 1912 – Əməkdar artist Rza Abbas oğlu Nadirov (1912-1995) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

10 oktyabr 1935 – Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935-1999) anadan olub. Şeirlərinə mahnılar bəstələnib.

10 oktyabr 1935 – Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935-1995) Lənkəran rayonunda anadan olub.

10 oktyabr 1939 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida Nəsir qızı İmanquliyeva (1939 – 19.9.1992) Bakıda doğulub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun “Ərəb filologiyası” şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, direktoru olub. “Qələmlər birliyi”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” və s. monoqrafiyaların müəllifidir.

 

11 oktyabr 1938 – Yazıçı, tərcüməçi Emil Güləli oğlu Ağayev (1938-2016) anadan olub. “Qara gölün cəngavərləri” bədii filminin ssenari müəllifidir.

11 oktyabr 1983 – Xalq yazıçısı Süleyman Rəhimov (10.12.1900 – 1983) vəfat edib. “Şamo”, “Saçlı”, “Ağbulaq dağlarında”, “Mehman”, “Medalyon”, “Qafqaz qartalı” və s. əsərlərin müəllifidir.

 

Dünya

 

9 oktyabr 1835 – Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens; 1835-1921) anadan olub. Operaları: “Sarı şahzadə”, “Samson və Dalila”, “Gümüş zınqırov” və s.

9 oktyabr 1862 – Türkiyə yazıçısı Fatma Aliyə Topuz (1862-1936) İstanbulda doğulub. Türk ədəbiyyatının ilk qadın romançısı kimi tanınıb. Əsərləri: “Refet”, “Cövdət paşa və zamanı” və s.

9 oktyabr 1926 – Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Yevstiqneyev (1926-1992) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”.

9 oktyabr 1940 - İngilis musiqiçisi, “The Beatles” qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon; 1940 – 8.12.1980) anadan olub.

 

10 oktyabr 1813 – İtalyan bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi; 1813-1901) anadan olub. “Riqoletto”, “Traviata”, “Aida” operaları dünya musiqi xəzinəsinə daxildir.

10 oktyabr 1892 – Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.

10 oktyabr 1913 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon; 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.

10 oktyabr 1930 – İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (1930-2008) anadan olub. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.

 

11 oktyabr 1885 – Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885-1970) anadan olub. “Məhəbbət səhrası”, “İlan yığnağı”, “Allah və Mammon”, “Quzu” romanları, “Asmodey” pyesi və s. əsərlərin müəllifidir.

Hazırladı:  Vüqar ORXAN