Hər il olduğu kimi, bu il də 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə təntənəli mərasim keçiriləcək. Kino işçilərinin peşə bayramı, ənənəyə uyğun olaraq, yeni ekran əsərinin premyerası ilə yadda qalacaq.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsindən verilən məlumata görə, iyulun 31-də Nizami Kino Mərkəzində keçiriləcək mərasimdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 şəhər motivləri” adlı kinoalmanax təqdim ediləcək.
Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir. Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan kinolayihə əvvəlcə “Motivlər...” adı ilə lentə alınıb.
“4.1 şəhər motivləri” almanaxına “Qonşu qadın” (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), “20-ci mərtəbə” (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi ev 86” (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), “Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və “Zabitin şərəfi” (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmləri daxildir.
Almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir. Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri isə Azər Quliyevdir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar