Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında “İtaliya və Azərbaycan musiqi mədəniyyəti həftəsi” adlı konsert proqramı təqdim olunub.

Tədbirdə İtaliyanın Padua Musiqi Konservatoriyası və İtaliyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, BMA-nın tələbələri, müəllim heyəti iştirak edib.

Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yeganə Axundova qonaqları salamlayaraq ikitərəfli əməkdaşlıqdan söz açıb.

Sonra konsert proqramı təqdim olunub. Proqramda Bakı Musiqi Akademiyasının nəfəs alətləri ansamblı və tələbə simfonik orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri dinlənilib.