Azərbaycan Professional Kinorejissorlar Gildiyası Kinoaktyorlar və Prodüserlər gildiyalarının dəstəyi ilə audiovizual sahənin (kino və TV) inkişafına kömək, milli mənəvi dəyərlərin qorunub saxlanılması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirmək məqsədilə "Qızıl pəri" peşə mükafatını təsis edib.
Müsabiqənin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliliyini təmin edən dərəcədə olmasından asılı olaraq müəyyənləşdiriləcək.
"Qızıl pəri" mükafatının ən yaxşı bədii, sənədli və cizgi filmləri, telefilm (və ya serial, müəllif verilişi), rejissor, prodüser, orijinal ssenari, aktrisa, aktyor, operator, rəssam, bəstəkar, debüt, həmçinin milli kinonun və televiziyanın inkişafına verdiyi töhfələrinə görə nominasiyaları üzrə keçirilməsi nəzərdə tutulub.
Nominasiyalara təqdim olunan audiovizual əsərlərin rejissorlarının və peşə nominasiyalarına təqdim olunan namizədlərin Azərbaycan vətəndaşı olması mütləqdir.
"Qızıl pəri" mükafatının qaliblərini milli kinomuzun və televiziyamızın ən peşəkar və qabaqcıl nümayəndələrindən ibarət münsiflər heyəti gizli səsvermə yolu ilə müəyyənləşdirəcək.
Mükafatın ilk müsabiqəsi 2010-2015-ci illərin istehsalı olan əsərlər üzrə keçirilir. Mükafatlara namizədlərin ərizə formalarının və əsərlərinin qəbulu bu il oktyabrın 1-dək olacaq. Ətraflı məlumat və ərizə forması ilə www.audiovisual.az saytında tanış olmaq mümkündür.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar