UNESCO Gürcüstanın paytaxtı Tbilisini 2021-ci ilin “Dünya kitab paytaxtı” elan edib.

Bu barədə UNESCO-nun baş direktoru Odre Azule məlumat verib. Onun sözlərinə görə, bu barədə qərar dünya kitab paytaxtının məsləhətçiləri komitəsinin tövsiyəsi əsasında qəbul edilib.

Komissiyanın iclası İsveçrədə keçirilib və iclasın əsas proqram şüarı “Və növbəti kitabınız?...” olub.

Məlumat üçün qeyd edək ki, 2019-cu ildə dünya kitab paytaxtı Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhəri, 2020-ci ildə isə Malayziyanın paytaxtı Kuala-Lumpur elan olunub.