Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə Azərbaycanın şəhər və rayonlarında Koreya kinosu festivalı keçirilir.

İlk olaraq iyulun 6-dan 12-dək Gəncədə keçirilən film nümayişləri iyulun 13-dən 19-dək Lənkəran şəhərində davam edib.
Festivalın növbəti ünvanı Sumqayıtdır. İyulun 20-də Nəsimi adına şəhər mədəniyyət və istirahət parkındakı “Yaşıl teatr”da keçirilən mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Lalə Hacıyeva, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in və SEBA Assosiasiyasının şöbə müdiri İradə Nəcəfova çıxış ediblər.
Çıxışlarda festivalın respublikamızın mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildiyi və ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə töhfə olduğu vurğulanıb. Bildirilib ki, Koreya kinosu festivalı Azərbaycan və Koreya əməkdaşlığını, ən əsası isə qarşılıqlı mədəniyyətləri əks etdirir. Kino günlərinin məqsədi Koreya mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.
Sonra SEBA Assosiasiyasının sədr müavini İrina Zeynalova Sumqayıtda keçirilən festivalı açıq elan edib. Tamaşaçılara 2011-ci ildə rejissor Gwon Chil-in tərəfindən lentə alınan “Canlı efirdə məhəbbət” (“Love on-air”) adlı film təqdim olunub.
Qeyd edək ki, Koreya kinosu festivalı 31 iyul-6 avqust tarixində Ağdaş rayonunda, 7-15 avqustda Qəbələdə keçiriləcək.
Beş şəhər və rayonun hər birində festival günlərində Koreyada 2008-2013-cü illərdə istehsal olunmuş 10 film nümayiş olunur. Filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar