Oktyabrın 22-dən 27-dək Rusiyanın paytaxtında “Moskva forumu” XVI beynəlxalq müasir musiqi festivalı keçiriləcək. Konsertin proqramına görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin “Xütbə, muğam və surə” əsəri də daxil edilib.
Bəstəkarın saytında yer alan məlumata görə, əsər oktyabrın 26-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında “Yeni musiqi studiyası” ansamblı tərəfindən (dirijor – Sergey Akimov) səsləndiriləcək. Tarda Azərbaycanın Əməkdar artisti Sahib Paşazadə çıxış edəcək.