İyulun 14-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondunun birgə təşkilatçılığı ilə “Həsən bəy Zərdabi və “Əkinçi” kitabının təqdimatı keçirilib.
   Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə nəşr olunan kitabda Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabi haqqında müxtəlif mənbələrdən toplanmış məlumatlar və xatirələrlə yanaşı, “Əkinçi” qəzeti ilə bağlı indiyədək nəşr edilməmiş yazılar da yer alıb.
   Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova, qızı Qəribsoltan Məlikova, kürəkəni Əlimərdan bəy Topçubaşovun onunla bağlı xatirələri Azərbaycan dilində ilk dəfə bu kitabda nəşr edilib. Tədbirdə çıxış edənlər kitabı milli mətbuatımızın 135 illik yubileyinə layiqli töhfə olduğunu vurğulayıblar.