BBC şirkəti tarixdə ən yaxşı 100 Amerika filminin reytinqini hazırlamaq üçün dünyanın 62 məşhur tənqidçisi arasında sorğu keçirib. Birinci yeri Orson Uelsin 1941-ci ildə ekranlara çıxmış “Vətəndaş Keyn” dramı tutub. İkinci yeri Frensis Ford Koppolanın “Xaç atası”, üçüncü yeri Alfred Hiçkokun “Başgicəllənmə” filmi tutub. İlk beşliyə həmçinin Stenli Kubrikin “2001: Kosmik Odissey” və Con Fordun “Axtaranlar” filmi daxildir.
Bundan başqa bu siyahıya bir neçə rejissor da düşüb. Bunlar Stiven Spilberq və Fridrix Vilhelm Murnaudur. Sorğuda ən yaxşı səssiz ekran əsəri altıncı yeri tutmuş “Günəşin doğması”, bu siyahı üçün sonuncu seçilən film isə 99-cu yerdə qərarlaşmış Stiv Makkuinin “12 il köləlikdə” filmidir.
Sorğunun təşkilatçıları amerikalıların iştirakı ilə (hətta bu iştirak maliyyə yatırımı ilə məhdudlaşsa belə) çəkilmiş bütün ekran əsərlərinin Amerika filmləri hesab olunmasını təklif ediblər. Sorğu iştirakçılarının qarşısında rejissorun doğulduğu ölkə ilə bağlı məhdudiyyət qoyulmayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar