Türkiyədə yaşayıb-yaradan azərbaycanlı rəssam Həmid Əlioğlunun Ankarada  fərdi sərgisi açılıb.

H.Əlioğlunun əsərləri ilk növbədə plastik təsiri və rəng fəlsəfəsi ilə diqqəti cəlb edir. Rəssam deyir ki, yaradıcılığının əsl məqsədi əsərlərində estetik hiss və həyəcanı ortaya çıxarmaqdır. Ankarada açılan fərdi sərgisində də rəssamın bu mövzuları əhatə edən tabloları nümayiş olunur.

Qeyd edək ki, bu vaxtadək H.Əlioğlunun əsərləri müxtəlif ölkələrdə 20-dən artıq sərgidə nümayiş olunub. Bakıda və Ankarada da əsərlərini təqdim edən rəssamın Türkiyə paytaxtındakı növbəti sərgisi də böyük maraqla qarşılanıb.

Sərgi oktyabrın 21-dək ziyarətçilər üçün açıq olacaq.