Oktyabrın 15-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi, “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi və “Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə Dağıstanın ilk Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. Gecədə şairin həyat və yaradıcılığından ətraflı söz açılıb, şeirləri səslənib.
Dağıstan və ləzgi ədəbiyyatı xəzinəsinə qiymətli əsərlər bəxş etmiş böyük şair Azərbaycanla da bağlı olub, ilk həyat təcrübəsini Gəncədə və Bakıda keçib. O, bir sıra şeirlərini Azərbaycan dilində qələmə alıb, Azərbaycan və Rusiya (Dağıstan) xalqlarının dostluğunu tərənnüm edib.
(Yubiley gecəsi barədə ətraflı qəzetimizin növbəti sayında)