Oktyabrın 18-də Azərbaycan paytaxtında caz həvəskarları üçün növbəti musiqi bayramı başlanır. Bakı Caz Festivalı bu il “Daha çox caz, daha çox intellekt” şüarı altında gerçəkləşəcək. On gün davam edəcək festivalın proqramına 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı film təqdimatları daxildir.

Festivalın konsertləri Beynəlxalq Muğam Mərkəzində, “Landmark”da – “Rotunda” caz klubunda, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, Kamera və orqan musiqisi zalında təqdim ediləcək. Mədəniyyət Nazirliyinin də dəstək verdiyi Bakı Caz Festivalı oktyabrın 27-də başa çatacaq.