Oktyabrın 25-26-da Qazaxıstanın paytaxtında növbəti “Voice of Nur-Sultan” estrada festivalı keçiriləcək. Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkil etdiyi festivala Azərbaycan, Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Portuqaliya və Çindən ifaçılar qatılacaq.
İkinci ildir keçirilən “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalının formatı bu dəfə fərqli olacaq. Bu, yerli gənc ifaçılar üçün özlərini ifadə edə, təcrübə qazana və Qazaxıstanın vokal sənətinin inkişafına töhfə verəcəkləri yeni bir platformadır. Layihə ölkənin mədəni imicini inkişaf etdirmək, Qazaxıstanın musiqi yaradıcılığını məşhurlaşdırmaq, gənc ifaçıların tanınmış yerli və xarici ulduzlarla eyni səhnədə çıxışlarını təmin etmək məqsədilə həyata keçirilir.