Heydər Əliyev Sarayında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Azad ölkənin övladlarıyıq” adlı uşaq konserti keçirilib. Oktyabrın 20-də təqdim olunan konsertdə uşaq rəqs kollektivləri və istedadlı vokal ifaçıları iştirak ediblər.
Ənənəvi olaraq Heydər Əliyev Sarayının rəhbərliyi tərəfindən bu konsertə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçılarının ailə üzvləri, əlil uşaqları və uşaq evlərinin sakinləri dəvət edilib və təmənnasız yer ayrılıb.