Prezident İlham Əliyev oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə teatrın bir qrup əməkdaşının təltif olunması haqqında sərəncamlar imzalayıb.
Teatrın əməkdaşlarından Kazım Abdullayev və Əli Nurzadə “Xalq artisti”, Mətləb Abdullayev, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev “Əməkdar artist” fəxri adına layiq görülüb. Xalq artistləri Bəsti Cəfərova, Məleykə Əsədova, Laləzar Mustafayeva, Ramiz Novruz “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, xalq artistləri Rafael Dadaşov, Nurəddin Quliyev, Ramiz Məlik “Şöhrət” ordeni ilə, teatrın səkkiz əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.