Əməkdar artist Qoçaq Əsgərov və xanəndə Gülzar Fərəcovanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində “Şərqdən Qərbə” adlı konsert proqramı təqdim olunub. Konsert proqramında muğam və təsniflərlə yanaşı, fransız musiqisi də səsləndirilib.
Konsertdə fransalı musiqiçilər Julen Achiary, Nicolas Nageotte, Jordi Cassagne, Bastien Fontanille və Julie Lobatoda iştirak edib. İfaçıları nağarada Əməkdar artist Kamran Kərimov, tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, bəm nağarada Usaməddin Əzizov, pianoda Vasif Hüseynzadə müşayiət edib.
Qoçaq Əsgərov layihə ilə bağlı məlumat verərək bildirib ki, konsertdə birgə çıxış edən fransız musiqiçilərin Azərbaycana gəlməsinin məqsədi muğam sənətimizi öyrənməkdir. Layihənin adı da bu səbəbdən “Şərqdən Qərbə” adlanır. Fransız musiqiçilər Qoçaq Əsgərovdan muğam dərsləri alırlar. Onların azərbaycanlı xanəndə ilə birgə layihələri nəzərdə tutulur.
LALƏ