Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondu və Koreya Respublikasının Bakıdakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Koreya kinosu festivalı iyulun 31-dən Ağdaş rayonunda davam edir.

Festivalın açılışından öncə Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İnin və SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşüblər. Qonaqlara Ağdaşın tarixi, əhalisi və iqtisadi potensialı barədə məlumat verilib. Qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Heydər Əliyev Mərkəzində keçirilən festivalın açılış mərasimində Azərbaycan-Koreya münasibətlərindən, xalqlarımız arasındakı oxşar cəhətlərdən söz açılıb.
SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova Koreya kinosu festivalının əhəmiyyətindən danışıb. Məlumat verilib ki, festival çərçivəsində indiyədək Gəncə, Lənkəran və Sumqayıtda Koreya filmləri nümayiş etdirilib. Avqustun 7-dən 15-dək isə Qəbələ rayon sakinləri bu filmlərə baxmaq imkanı qazanacaqlar.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn çıxışında iki ölkənin milli mənəvi dəyərlərindən danışıb. Səfir son illər ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, festival çərçivəsində nümayiş olunacaq filmlərin Azərbaycan tamaşaçısında Koreya barədə daha dolğun təsəvvür yaradacağına inandığını diqqətə çatdırıb.
Sonra “Nizamlı adam” filmi nümayiş etdirilib.
Avqustun 6-dək davam edəcək festivalın proqramına Koreya Respublikasının tarixi, mədəniyyəti, coğrafi mövqeyi və adət-ənənələrindən bəhs edən 10 film daxildir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar