Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəfis tərtibatla çapdan çıxıb.

Jurnalın “Nobel kürsüsü” rubrikasında Patrik Uaytın “Qadın əli” romanı, “Korifeylər” rubrikasında Frans Kafkanın pritçaları təqdim edilib. Oxucular həmçinin Anton Çexovun “Çöl” hekayəsi, “Tövrat”dan tərcümə, Vladimir Nabokovun müsahibəsi və “İşarələr və əlamətlər” hekayəsi, Federiko Qarsia Lorkanın şeirləri, Varqas Lyosanın “Polemino Moleronu kim öldürüb” romanı, Salvador Dalinin “Salvador Dalinin gizli həyatı”, Federiko Fellini ilə kino tənqidçisi Covanni Qratsisininin söhbəti, Georgi Tovstonoqovun “Səhnə güzgüsü” əsərindən hissələr və Sakarias Topeliusun “Ağcaqayın və ulduz” nağılı ilə tanış ola bilərlər.