Ölkəmizə səfərə gəlmiş Qazaxıstan Respublikası Xarici işlər nazirinin müavini, bu ölkənin UNESCO və İSESCO üzrə Milli Komissiyasının üzvü Erjan Aşikbayev oktyabrın 24-də Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib.
Qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeyin ekspozisiyası ilə tanış olub, sonra qoruq ərazisində aparılmış tədqiqat işləri ilə maraqlanıb, qayaüstü rəsmlərə baxıb, fotolar çəkib.
Qobustan abidələrinin bəşər sivilizasiyasının ilkin izlərini özündə əks etdirdiyini bildirən qoruğun direktoru Vüqar İsayev bu məkanın 2007-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edildiyini diqqətə çatdırıb. Qazaxıstanda Qobustan abidələrini əks etdirən sərginin təşkil olunması arzusunu dilə gətirən qonaq qədim insan məskənindən zəngin təəssüratla ayrılıb.