Respublika festivalına yekun vurulacaq
Respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib.
Kollektivlərin çıxışları Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında festivalın yekun tədbiri keçiriləcək.
Bağlanış mərasimində “Qarabağ” folklor kollektivi (Ağcabədi rayonu), “Xəmsə” folklor rəqs kollektivi (Gəncə), “Dastan aşıqları” ansamblı (Ağstafa), “Nənələr” folklor xalq kollektivi (Lənkəran), “Buta” uşaq folklor ansamblı (Lənkəran), “Halay” xalq kollektivi (Masallı), “Çıraqqala” zurnaçılar xalq kollektivi (Şabran), “Mel” folklor kollektivi (Qusar), “Assa” folklor rəqs qrupu (Qusar), “Oğuzlar” folklor kollektivi (Bakı), “Şirvan” folklor xalq kollektivi (Şamaxı), “Buta” rəqs kollektivi (Şamaxı), “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ), “Maral oyunu” folklor kollektivi (Kəlbəcər), “Adıgün” xalq folklor kollektivi (Saatlı), “Rəfti – Uzunömürlülər” xalq kollektivi (Lerik), “Abay” folklor kollektivi (Şəki), “Mehriban bacılar” folklor kollektivi (Balakən), “Nənələr” folklor kollektivi (Balakən), “Şahinlər” folklor rəqs kollektivi (Sumqayıt), “Qobustan aşıqları” ansamblı (Qobustan) çıxış edəcək.