Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Əl sənətləri texnologiyası. Ebru” adlı növbəti metodiki vəsaiti işıq üzü görüb.
Bakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq çərçivəsində hazırlanmış vəsait mədəniyyət evlərinin nəzdində yeni dərnəklərin açılmasına səbəb olacaq.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir və MEMİM-in direktoru Asif Usubəliyevin rəhbərliyi altında nəşr edilən metodiki vəsait ebru sənətinin texnologiyası, üsulları, ebru sənəti üzrə kurs proqramı və digər mövzuları əhatə edir.