Sentyabrın 5-dən 11-dək "Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə" devizi ilə keçiriləcək XI Kazan beynəlxalq müsəlman kinosu festivalının proqramına 25 ölkədən tammetrajlı, qısametrajlı bədii və sənədli filmlər, həmçinin animasiya filmləri olmaqla ümumilikdə 50 ekran əsəri daxil edilib.
Azərbaycan istehsalı olan "Bakı sübhdən günbatanadək" filmi festivalın "Tammetrajlı sənədli filmlər" kateqoriyasında, "Köhnə saat" cizgi filmi isə "Animasiya filmləri" kateqoriyasında təqdim ediləcək.
"Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsi çərçivəsində hazırlanıb. Layihə çərçivəsində şəhər həyatının ayrı-ayrı situasiyalarını əks etdirən 3-4 dəqiqəlik 18 süjet çəkilib və bu filmlərdən 50 dəqiqəlik tammetrajlı sənədli film ərsəyə gəlib. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.
“Azanfilm"in "Birlik" yaradıcılıq studiyası ilə birgə istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar