Qazaxıstanın paytaxtında “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalı keçirilib. Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Portuqaliya və Çindən ifaçıların iştirak etdiyi festivalda Azərbaycanı gənc müğənni Samirə Əfəndi təmsil edib. O, sözləri və bəstəsi özünə məxsus olan “Yol ayrıcı” mahnısını oxuyub.
Festivalın formatına görə, bütün iştirakçılar yerli estrada ulduzları ilə birgə qazax dilində mahnı ifa ediblər. Həmyerlimiz yerli estrada ulduzu Madi Sızdıkla mahnı oxuyub.
Festival iştirakçı ölkələrlə dostluq münasibətlərini və mədəni əlaqələri daha da inkişaf etdirmək üçün yeni bir platformadır.