Rejissor Vahid Mustafayevin quruluş verdiyi "Qanlı Yanvar" filmi növbəti beynəlxalq festivala dəvət alıb.
Ekran əsəri noyabrın 13-dən 29-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək 19-cu "Black Nights" film festivalında nümayiş olunacaq. Bununla bağlı festivalın prezidenti Tiina Lokk filmin quruluşçu rejissoruna dəvət məktubu göndərib.
1997-ci ildən Estoniya paytaxtında keçirilən və Avropanın ən böyük film festivallarından sayılan "Black Nights" Ümumdünya Prodüsserlər Assosiyasiyası (FIAPF) tərəfindən akkreditə olunub.
Qeyd edək ki, Azərbaycan xalqının mübarizəsinin əks olunduğu bu ekran əsəri avqustun 27-dən sentyabrın 7-dək Kanadada keçiriləcək 36-cı Monreal beynəlxalq film festivalına da dəvət alıb.
Filmin Bakı premyerası 2015-ci il yanvarın 19-da baş tutub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar